Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi ilə əlaqə kəsilib.
Məlumatı İraq Dəniz Limanları Baş Şirkəti yayıb. Şirkətin İNA agentliyinə verdiyi məlumata görə, İraq dəniz limanı hakimiyyəti gəmilərdən heç bir təcili yardım zəngi almayıb: "Dənizçilik İdarəsi və İraq ərazi sularındakı xüsusi axtarış-xilasetmə mərkəzləri Boliviya bayrağı altında üzən iki gəmidən heç bir mesaj və ya təcili yardım çağırışı almayıb və onlar İraq ərazi sularına daxil olmayıblar. Fars körfəzindəki bir neçə limandakı təhlükəsizlik orqanlarından, eləcə də iki gəminin sahiblərindən hər hansı bir məlumat tələb edən məktublar alıblar, çünki onlarla əlaqə kəsilib".
İraq şirkəti əlavə edib ki, "gəmilərin yeri ilə bağlı heç bir məlumata malik deyil", lakin "bölgədəki axtarış-xilasetmə xidmətləri ilə əlaqələndirilmiş şəkildə əməliyyatları izləməyə davam edəcək".//Musavat.com