Medianews.az
FACİƏ: Saçaları hovuzda ilişən
67 baxış

FACİƏ: Saçaları hovuzda ilişən 12 yaşlı qız ÖLDÜ – FOTOLAR

Braziliyanın San-Paulu ştatında faciəvi hadisə baş verib. 12 yaşlı Laura Pereyra Kamarqo dostları ilə hovuzda oynayarkən saçları suyun axıntı borusuna ilişib və onu dibə sıxıb.

Medianews.az xəbər verir ki, qız müstəqil şəkildə çıxmağa çalışsa da, mümkün olmayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər onu sudan çıxarıb reanimasiya etsələr də, xəstəxanada iki gün davam edən müalicə nəticəsiz qalıb. Uşaq pnevmoniya və çoxorqan çatışmazlığı səbəbindən dünyasını dəyişib. Həkimlər onun beş-on dəqiqə su altında qaldığını bildirib.

Polis hadisəni bədbəxt hadisə kimi qiymətləndirib və hovuzun uşaqlar üçün təhlükəsizliyini araşdırır.

Medianews.az

Bizə qoşulun