Medianews.az
Eyni anda 5 şirkətdə
100 baxış

Eyni anda 5 şirkətdə vəzifə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərin Audit komitələrinə yeni üzv təyin edilib.

Medianews.az xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, Zəka Qəhrəmanlı AZCON şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC (ADY), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Bakı Metropoliteni” QSC və “Azərpoçt” MMC-də Audit komitəsinin üzvü təyin olunub.

Qeyd edək ki, Z.Qəhrəmanlı eyni zamanda AZCON-da nəqliyyat bölməsi üzrə daxili audit şöbəsinin rəhbəridir. O, sözügedən vəzifəyə ötən ilin mart ayında təyin edilib. Z.Qəhrəmanlı bundan öncə Azərbaycan İnvestisiya Holdinqində daxili audit şöbəsinə rəhbərlik edib. 

Bizə qoşulun