Medianews.az
Ağdamda AĞIR QƏZA:
98 baxış

Ağdamda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, adıçəkilən yolda 99-UA_251 dövlət nömrə nişanlı, "Renault Laguna" avtomobili hərəkət edərkən əks istiqamətdə olan QAZ markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıların üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun