Joze Mourinyonun baş məşqçi olduğu "Real" klubu "Bavariya”nın fransız ulduzu Mixael Olise üçün bonuslar da daxil olmaqla 213 milyon avro təklif etməyə hazırlaşır.
Medianews.az xəbər verir ki, keçən mövsümün məyusluqlarını aradan qaldırmaq və heyətini yenidən dünyanın ən yaxşılarından birinə çevirmək istəyən Joze Mourinyonun İspaniya nəhəngi "Real" bu addımı atmaqda qərarlıdır.
Məlumata görə, yenidən "Real"ın prezidentliyinə seçilən Florentino Peres və baş məşqçi Joze Mourinyo azarkeşlərə unudulmaz transfer hədiyyəsi verməyi planlaşdırırlar. Madrid rəhbərliyinin siyahısında bir nömrəli futbolçu "Bavariya"da fırtınalar əsdirən fransız ulduz Mixael Olisedir.
Məlumatda deyilir ki, Almaniya nəhəngi "Bavariya " 24 yaşlı cinah oyunçusunu satmaq istəmir, lakin "Real" bu müqaviməti qırmaq üçün heyrətamiz bir təklif hazırlayıb. İspaniya klubunun Olise üçün 213 milyon avroluq böyük bir təklif hazırladığı, bura 180 milyon avroluq xalis transfer haqqı və 33 milyon avroluq bonuslar da daxil olduğu bildirilir.
"Bavariya"da bütün yarışlarda 52 rəsmi oyun keçirən Olise, 22 qol vurmaqla və 31 məhsuldar ötürmə etməklə komandaya verdiyi böyük töhfə ilə hamını heyran edib./Lent.az