Rusiyanın tanınmış sabiq futbolçusu Andrey Arşavin DÇ-2026-da sensasiyalı şəkildə mübarizəni dayandıran Almaniya millisi barədə sərt fikirlər səsləndirib.
Medianews.az xəbər verir ki, Arşavin bu uğursuzluğun gözlənilən olduğunu qeyd edib.
Onun sözlərinə görə, almanların mərkəz müdafiəçiləri yüksək səviyyəli deyil, mərkəz hücumçuları isə ümumiyyətlə yoxdur: "Virts, Haverts, Sane – bunlar böyük ulduzlar deyil, sadəcə xırda ulduzcuqlardır. Turnir başlamazdan əvvəl də Almaniyanın favorit olmadığı bəlli idi. Maksimum bir mərhələ də keçə bilərdilər, orada da Fransaya uduzacaqdılar. Düşünürəm ki, Almaniya millisinin növbəti baş məşqçisi Yurgen Klopp olacaq".
Xatırladaq ki, almanlar turnirin 1/16 finalında Paraqvaya uduzaraq dünya çempionatı ilə erkən vidalaşıblar.
Medianews.az