Türkiyənin Aralıq dənizi bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:31-də qeydə alınıb.
5.32 km dərinlikdə baş verən zəlzələnin dağıntı və ya xəsarətlərə səbəb olması ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, 3 il əvvəl, 2023-cü il fevralın 6-sı saat 04:17-də ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Türkiyənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunan yeraltı təkanlar nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb.