Medianews.az
Ermənistanda Türkiyə mallarının qiyməti aşağı düşəcək –
115 baxış

Ermənistanda Türkiyə mallarının qiyməti aşağı düşəcək – Nazir

Artıq Türkiyədən üçüncü ölkələr vasitəsilə Ermənistana göndərilən mallarda təyinat məntəqəsi kimi Ermənistan, mənşə ölkə kimi Türkiyə göstərilə biləcək. Bu xəbəri həm Türkiyə, həm də Ermənistan tərəfi rəsmən təsdiqləyib.

Bəs, bu nə deməkdir? İndiyə kimi necə idi?

Medianews.az bildirir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində məsələyə aydınlıq gətirib.

O deyib ki, indiyədək Türkiyədən Ermənistana birbaşa ixrac imkanı olmadığı üçün proses belə həyata keçirilirdi: məsələn, yük quru yolla ixrac kimi Gürcüstana daşınırdı, orada gömrükdə rəsmiləşdirilirdi və həmin mal Türkiyədən yox, Gürcüstandan Ermənistana ixrac kimi qeydə alınırdı. Yəni nəticədə Ermənistan hüquqi baxımdan həmin malı Türkiyədən yox, Gürcüstandan idxal etmiş olurdu. 

Nazirin sözlərinə görə, bu, əlavə maliyyə xərcinə, Ermənistandakı Türkiyə məhsullarının maya dəyərinin artmasına gətirirdi. Ona görə də Ararat Mirzoyan indən belə Türkiyədən idxal olunan malların qiymətlərinin Ermənistanda aşağı düşəcəyinə inandığını vurğulayıb.

Medianews.az

Bizə qoşulun