Noyabrda Ermənistanın istehlak bazarında 2024-cü ilin eyni ayına nəzərən 3,1 faiz bahalaşma qeydə alınıb, amma geyim və ayaqqabılar 0,2 faiz ucuzlaşıb.
Medianews.az bildirir ki, Statistika Komitəsi təhsil sahəsində qiymət artımını 8,3 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,7 faiz, nəqliyyatda 5 faiz, ərzaq və spirtsiz içkilərdə 3,8 faiz, səhiyyə sektorunda 3 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 2,7 faiz, istirahət və mədəniyyət xidmətlərində 2,5 faiz, məişət avadanlıqlarında 1 faiz, rabitədə və kommunal xidmətlərdə 0,6 faiz göstərir.