Medianews.az
Ermənistan uşaq pornoqrafiyası ilə silkələnir:
79 baxış

Ermənistan uşaq pornoqrafiyası ilə silkələnir: Baş prokuror şok faktlar açıqladı

Ermənistanda uşaq pornoqrafiyası ilə bağlı bir iş aşkar edilib.

Bu barədə Ermənistanın Baş prokuroru Anna Vardapetyan parlamentdə 2025-ci il hesabatını təqdim edərkən açıqlayıb.

“Ermənistan” blokunun deputatı Kristine Vardanyanın Vedi şəhərində yetkinlik yaşına çatmayan bacıların cinsi istismara məruz qaldığı iş barədə sualına cavab olaraq Vardapetyan qeyd edib ki, bu, bir hadisə deyil.

Onun sözlərinə görə, hazırda digər hadisələr, o cümlədən İrəvan və Şirak bölgəsində yetkinlik yaşına çatmayanların pornoqrafik çəkilişlərə cəlb edilməsi halları araşdırılır. Prokurorluq ən sərt profilaktik tədbirlərin tətbiqində israr edir, lakin Baş prokurorun vurğuladığı kimi, bu, həmişə nəticə vermir, çünki bu cür cinayətlər həbsxanalardan da pul əldə etmək üçün vasitəçilərdən istifadə etməklə törədilir.

Vardapetyan bu cür cinayətlərin qarşısının alınmasının vacibliyini vurğulayıb və bildirib ki, əvvəllər Baş Prokurorluğun nümayəndələrinin onların qarşısının alınması üçün idarələrarası komissiyalara daxil edilməsi təklif olunmuşdu.

Vedidə baş verən hadisə ilə bağlı cinayət işi açılıb, qızların ailə üzvləri və müəllimləri dindirilib. Hər iki azyaşlının əqli geriliyi nəzərə alınaraq məhkəmə-psixiatrik ekspertiza təyin edilib./publika.az

Bizə qoşulun