Medianews.az
Ermənistan: hər şey bahalaşıb, birindən başqa...
114 baxış

Ermənistan: hər şey bahalaşıb, birindən başqa...

Yanvarda Ermənistanın istehlak bazarında 2025-ci ilin ilk ayına nəzərən 3,8 faiz bahalaşma qeydə alınıb.

Medianews.az-ın məlumatına görə, Statistika Komitəsi spirtli içkilər və tütün məmulatlarında qiymət artımını 9 faiz, təhsil sahəsində 8,3 faiz, ərzaq və spirtsiz içkilərdə 5,9 faiz, nəqliyyatda 4,3 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 3,2 faiz, səhiyyə sektorunda 3 faiz, məişət əşyaları və texnikasında 0,7 faiz, rabitədə 0,5 faiz, geyim və ayaqqabılarda 0,3 faiz, istirahət və mədəniyyət xidmətlərində 0,2 faiz göstərir.

Rəsmi hesabata əsasən, kommunal xidmətlər 0,1 faiz ucuzlaşıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun