Medianews.az
Erkən durmaq hamı üçün faydalıdır? –
57 baxış

Erkən durmaq hamı üçün faydalıdır? – Həkimdən açıqlama

Endokrinoloq Zuxra Pavlova deyir ki, səhər tezdən oyanmaq hamı üçün faydalı deyil.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, insanın nə qədər məhsuldar olması zəngli saatın neçə göstərməsindən yox, onun bədən saatından asılıdır.

Bəzi insanlar səhərlər daha enerjili olur, bəziləri isə axşam saatlarında daha aktiv olur. Bu, genetik və təbii xüsusiyyətdir.

Əgər insanın daxili saatı onun gündəlik iş qrafikinə uyğun gəlmirsə, bu vəziyyət Sosial jetlaq (sosial jetlag) adlanır. Bu zaman insan özünü daim yorğun hiss edə, diqqəti zəifləyə və iş qabiliyyəti aşağı düşə bilər.

Həkim bildirir ki, bu hal uzun müddət davam edərsə, yuxu keyfiyyəti və beyin fəaliyyəti də pisləşə bilər. Axşam saatlarında daha aktiv olan, amma məcburən tez duran insanlara ən azı 7 saat yatmaq, gecə telefon və kompüterdən az istifadə etmək və yuxu rejiminə diqqət etmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun