Medianews.az
Ərindən qorxub özünü
133 baxış

Ərindən qorxub özünü eyvandan atdı

Türkiyədə ailə münaqişəsi zamanı 34 yaşlı qadın özünü eyvandan atıb.

Medianews.az xəbər verir ki, hadisə Bursa vilayətinin İnegöl rayonunda baş verib. 

Boşanmaq üzrə olan qadın evinə barışmaq üçün gələn 38 yaşlı əri mübahisə edib. İddiaya görə, kişi qapını sındıraraq evə daxil olub. Qorxuya düşən qadın eyvana qaçaraq özünü atıb. Yaralı qadın xəstəxanaya aparılıb, onun həyati təhlükəsinin olmadığı bildirilir. Şübhəli ər saxlanıb.

Hadisə araşdırılır.

Medianews.az

Bizə qoşulun