Medianews.az
Ərdoğan qərar imzaladı -
106 baxış

Ərdoğan qərar imzaladı - Daha yüksək vəzifəyə təyin olundu

Türkiyədə sosial mediada "Barbie kaymakam" ləqəbi ilə tanınan Tuğçe Orhan yeni vəzifəyə təyin olunub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidentinin imzaladığı və Resmi Qəzetdə dərc olunan qərarla Samsunun Ladik rayonunun kaymakamı Tuğçe Orhan Burdur vilayətinə vali müavini təyin edilib.

Təyinat 17 iyun 2026-cı il tarixli qərarnamə çərçivəsində həyata keçirilib.

Tuğçe Orhan ötən il görünüşünə görə sosial şəbəkələrdə geniş müzakirə olunmuş, bəzi istifadəçilər onu məşhur "Barbie" obrazına bənzətmişdilər. Bu səbəbdən gənc məmur "Barbie kaymakam" ləqəbi ilə tanınmağa başlamışdı. Mövzu bir müddət Türkiyə ictimaiyyətinin və siyasətçilərinin də diqqət mərkəzində olmuşdu.

1995-ci ildə Elazığda anadan olan Tuğçe Orhan Tuğçe Orhan Fırat Universitetinin Siyasət Elmi və Dövlət İdarəçiliyi fakültəsini fərqlənmə ilə bitirib. Daha sonra dövlət idarəçiliyi üzrə magistr təhsili alıb və Daxili İşlər Nazirliyinin kaymakam namizədləri proqramına qəbul olunub.

Müxtəlif bölgələrdə staj və idarəçilik təcrübəsi qazanan Orhan son olaraq Samsunun Ladik rayonunda kaymakam vəzifəsində çalışıb. Yeni qərarla o, Burdur vali müavini kimi fəaliyyətini davam etdirəcək.

Medianews.az

Bizə qoşulun