Medianews.az
Epşteyn adasına gedən bloger
75 baxış

Epşteyn adasına gedən bloger zirzəmidə saxlandı

Amerikalı bloger Benjamin Ouen Epşteyn adasına səyahət edərək həbsxanaya düşüb.

Medianews.az xəbər verir ki, bloger, insan alveri ilə bağlı araşdırma aparmaq və Epşteynin sağ olub-olmamasını yoxlamaq üçün dostları ilə birlikdə Litl-Sent-Ceyms adasına gedib. 

Blogerin sözlərinə görə, adada mühafizəçilər onları görüb. Dostları qaçaraq qayıqla uzaqlaşa bilib, Ouen isə astma tutması keçirərək qaça bilməyib. O iddia edir ki, mühafizəçilər onun əllərini bağlayıb, gözlərini örtərək zirzəmiyə bənzər beton otaqda saxlayıblar.

Bir neçə saat sonra polislər hadisə yerinə gəlib və Oueni qanunsuz əraziyə daxil olmaq ittihamı ilə saxlayıb. O, 500 dollar girov qarşılığında sərbəst buraxılıb.

Medianews.az

Bizə qoşulun