“Səhər yeməyində mütləq yumurta olmalıdır”.
Medianews.az xəbər verir ki, bunu kardioloq Aurelio Roxas deyib.
Həkimin sözlərinə görə, yumurta yüksək protein tərkibli olduğu üçün toxluq hissini artırır və iştahanı tənzimləməyə kömək edir.
Mütəxəssis həmçinin səhərlər qoz-fındıq və avokado yeməyi tövsiyə edir. O bildirib ki, qaragilə, kivi və moruq kimi meyvələr vitaminlər və antioksidantlarla zəngindir. Bundan əlavə, kefir bağırsaq mikroflorasını yaxşılaşdırır, tam taxıl çörəyi isə qan şəkərini sabit saxlayaraq uzunmüddətli enerji verir.
Kardioloqun sözlərinə görə, qəhvə də ürək-damar sistemi üçün faydalı ola bilər, lakin onu şəkər və süni dadlandırıcılar olmadan içmək tövsiyə olunur.
Medianews.az