Rusiyada dəhşətli yanğın zamanı üç azyaşlı uşaq həlak olub.
Medianews.az xəbər verir ki, faciə Krasnoyarsk diyarı ərazisində yerləşən Dubinino qəsəbəsində baş verib.
Məlumata görə, 1, 3 və 4 yaşlı üç qardaş anaları mağazaya gedərkən evdə tək qalıb. Ataları isə işdə olub. Bu zaman mənzildə yanğın başlayıb və uşaqların xilas olmaq imkanı olmayıb.
İlkin ehtimala görə, yanğına televizorda qısaqapanma səbəb ola bilər.
Hadisə zamanı ailənin digər iki uşağı evdə olmayıb — biri məktəbdə, digəri isə nənəsinin yanında olub.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün detalları və uşaqların baxım şəraiti ilə bağlı araşdırma aparır.
Medianews.az