Medianews.az
Əfsanəvi qrupun son üzvü
101 baxış

Əfsanəvi qrupun son üzvü VƏFAT ETDİ

Amerikada 1960-cı illərə damğa vuran “The Ronettes” qrupunun sağ qalan son üzvü, Nedra Telli Ross 80 yaşında vəfat edib.

Medianews.az xəbər verir ki, pop musiqi tarixində iz qoyan üçlüyün qurucularından olan Rossun ölüm xəbəri ailəsi tərəfindən təsdiqlənib.

 Qızı Nedra K. Ross sosial şəbəkədə paylaşım edərək bildirib ki, anası evində, ailəsinin yanında vəfat edib.

27 yanvar 1946-cı ildə Nyu-Yorkda anadan olan Ross musiqi karyerasına 1959-cu ildə əmisiqızları Ronni Spektor və Estel Bennet ilə birlikdə başlayıb. Qrupun dünya şöhrəti qazanması isə prodüser Fil Spektor ilə əməkdaşlıqdan sonra mümkün olub. Onların “Be My Baby”, “Baby I Love You” və digər hitləri böyük uğur qazanıb.

“The Ronettes” ABŞ-lə yanaşı, Böyük Britaniyada da populyar olub, “The Rolling Stones” və Eric Clapton kimi məşhurlarla eyni səhnəni bölüşüb, həmçinin “The Beatles” qrupunun ABŞ turnesində çıxış edib.

Qrup 1967-ci ildə dağıldıqdan sonra üzvlər fərdi fəaliyyətə başlayıb. Estel Bennet 2009-cu ildə, Ronni Spektor isə 2022-ci ildə vəfat etmişdi. Rossun ölümü ilə qrupun orijinal heyətindən sağ qalan olmayıb.

Medianews.az

Bizə qoşulun