Medianews.az
Düz bağırsaq xərçəngindən qorunmaq mümkünmü? -
91 baxış

Düz bağırsaq xərçəngindən qorunmaq mümkünmü? - Həkim danışdı

Qastroenteroloq Meri Borum son zamanlar daha çox yayılan düz bağırsaq (kolorektal) xərçəngindən qorunma yollarını açıqlayıb.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, bu xərçəng növünün yarıdan çoxu siqaret çəkmə, spirtli içki qəbulu, pəhriz, oturaq həyat tərzi və artıq çəki kimi faktorlarla əlaqədardır.

Borum həmçinin simptomları ciddiyə almağın vacibliyini qeyd edib. Qarın ağrısı və bağırsaq hərəkətlərindəki dəyişikliklər sadə mədə pozğunluğu kimi görünə bilər, amma vəziyyət yaxşılaşmazsa, tez müayinədən keçmək həyati əhəmiyyət daşıyır.

Medianews.az

Bizə qoşulun