Dünyanın ən zəngin 500 adamının ümumi sərvəti ABŞ və İran arasında sülh sazişi ilə bağlı xəbərlər fonunda indekslərin artması sayəsində iyunun 15-də 336 milyard dollar artıb.
Medianews.az-ın "Bloomberg"in hesablamalarına istinadən xəbərinə görə, bu, bütün müşahidələr tarixi ərzində rekord gündəlik artımdır.
İndi dünyanın ən zəngin 500 adamı 13.3 trilyon dollarlıq aktivlərə sahibdir.
İlon Mask bu siyahıda öz liderliyini möhkəmləndirib - onun "SpaceX" aerokosmik şirkətinin səhmlərinin təxminən 20% artması sayəsində iş adamının sərvəti 1.27 trilyon dollara çatıb. Mask bir gündə 164 milyard dollar dəyərində varlanıb - siyahının digər 499 üzvünün aktivlərlərinin dəyərindəki artım təxminən eyni nisbət təşkil edib. İkinci yeri tutan Larri Peyc 314 milyard dollarlıq aktivlərə, Sergey Brin 292 milyard dollar, Ceff Bezos 267 milyard dollar, Larri Ellison 247 milyard dollarlıq aktivlərə sahibdir.
İyunun 15-də ticarətin sonunda "SpaceX"in kapitalizasiyası 2.5 trilyon dollara çatıb, iyunun 16-da keçirilən ilkin sessiyada onun qiymətli kağızları daha 10% artıb.
"Bloomberg"in qeyd etdiyinə görə, reytinqdə sonuncu yerləri bölüşən 10-a yaxın adam hazırda 7.9 milyard dollara sahibdir ki, bu, milyarderlərin elit siyahısına daxil olmaq üçün tarixdə ən yüksək həddir.\Oxu.Az