Turistlər üçün “JustCover” servisi dünyanın ən rəngarəng şəhərlərinin reytinqini açıqlayıb.
Medianews.az xəbər verir ki, siyahının zirvəsində Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb.
Ekspertlər 80-ə yaxın istiqaməti analiz edərək fotolarda qeydə alınan unikal rəng çalarlarını müqayisə ediblər. Lissabonda 2,6 milyon unikal rəng aşkar edilib.
İkinci yerdə Malayziyanın Kuala-Lumpuru (2,5 milyon çalar), üçüncü yerdə isə yenə Portuqaliyadan Portu şəhəri qərarlaşıb.
Top-10-luğa həmçinin Kartexena (Kolumbiya), Rio-de-Janeyro (Braziliya), Quanaxuato (Meksika), Havana (Kuba), Hanoy (Vyetnam), Nyu-Orlean (ABŞ) və Medellin (Kolumbiya) daxil olub.
Medianews.az