Medianews.az
Dünyanın “ən pis yeməkləri” açıqlanıb -
91 baxış

Dünyanın “ən pis yeməkləri” açıqlanıb - SİYAHI

Dünyanın məşhur qastronomiya platforması TasteAtlas 483 mindən çox səs əsasında “ən pis yeməklər” siyahısını yayımlayıb.

Tədqiqatda minlərlə restoran və resept dəyərləndirilib və nəticədə aşağı bal alan 10 yemək müəyyən edilib.

Medianews.az həm siyahını təqdim edir:

  1. Jeleli ilan balığı

İngiltərəyə aid ənənəvi küçə yeməyi olub siyahının zirvəsində yer alır.

  1. Hon Mhai

Taylandda populyar olan qızardılmış ipəkqurdu yeməyi.

  1. Ramen Burger

ABŞ mətbəxinə aid, çörək əvəzinə qızardılmış ramen əriştəsindən hazırlanan burger.

  1. A-Ping

Kambocada qızardılmış hörümçəklərdən hazırlanan yemək.

  1. Balut

Filippində embrion inkişaf etmiş yumurtadan hazırlanan ənənəvi yemək.

  1. Kalinte

Mərakeşin Tanca şəhərinə aid noxud unundan hazırlanan küçə yeməyi.

  1. Hormiga culona

Kolumbiyada iri qarışqalardan hazırlanan xüsusi yemək.

  1. Porilainen

Finlandiyada festival və küçə satıcılarında satılan sendviç tipli yemək.

  1. Ganthiya

Hindistanda noxud unundan hazırlanan qızardılmış qəlyanaltı.

  1. Texas Tommy

ABŞ mətbəxinə aid sosis, bastırma və pendirlə hazırlanan sendviç.

Siyahı sosial mediada böyük maraq doğurub və müzakirələrə səbəb olub.

Medianews.az

 

Bizə qoşulun