Medianews.az
Dünyada ən çox qızıl istehsal edən ölkələr -
143 baxış

Dünyada ən çox qızıl istehsal edən ölkələr - SİYAHI

Ümumdünya Qızıl Şurasının (World Gold Council) 2025-cı ilin qızıl istehsalçılarının reytinqini yeniləyib. 

Medianews.az xəbər verir ki, qlobal qızıl bazarının ən mühüm meyllərindən biri Afrikanın sürətlə böyüyən rolu olur. Ümumilikdə götürdükdə, Afrika ölkələri bu gün dünya qızıl hasilatının demək olar ki, dörddə birini təmin edir; Qana, Mali və CAR (Cənubi Afrika Respublikası) isə qitənin aparıcı istehsalçıları sırasındadır.

Dünyanın ən böyük qızıl istehsalçısı olan ölkələrini sıralamasına Çin başçılıq edir.

Çin qlobal hasilatın 10%-dən çoxunu - 380.2 ton qızıl təmin edərək dünyada birinci yeri tutur. Bununla yanaşı, Çin təkcə ən böyük istehsalçı deyil, həm də qızılın dünyadakı ən böyük istehlakçılarından biridir. Bu kombinasiya ölkəyə hasilat və afinajdan (qızılın təmizlənməsi) tutmuş, zərgərlik məmulatlarına olan tələbata və mərkəzi bankın ehtiyatlarına qədər qlobal bazarda müstəsna təsir imkanı qazandırır.

Rusiya davam edən sanksiyalara və geosiyasi gərginliyə baxmayaraq 330 ton qızılla ikinci pillədə qərarlaşıb. Avstraliya isə 284 ton istehsalla zəngin mineral-xammal bazasından və inkişaf etmiş dağ-mədən sektorundan bəhrələnməyə davam edir.

Növbəti yerlərdə Kanada (202,1 ton) yer alıb.

Afrika bir çoxları üçün gözlənilməz şəkildə qlobal qızıl tədarükünün təxminən dörddə birini təmin edərək dünya qızıl hasilatının əsas mərkəzlərindən birinə çevrilib. 140.6 ton hasilat həcmi ilə Qana qitənin ən böyük qızıl istehsalçısı olub.

Digər yerlərdə Meksika (140,3 ton), İndoneziya (140,1 ton), Peru (136,9 ton), Özbəkistan (129,1 ton), Mali (100 ton) və Cənubi Afrika Respublikası (CAR) (98,9 ton) gəlir.

Bir sıra kiçik Afrika iqtisadiyyatları üçün qızıl ixracı dövlət gəlirlərini təmin etmək və valyuta ehtiyatlarını doldurmaq baxımından kritik dərəcədə mühüm rol oynayır.

Birkina-Faso, Sudan, Tanzaniya və Kot-d'İvuar kimi ölkələr, qitə daxilində dağ-mədən sahəsinə yatırılan investisiyaların artması sayəsində son onillikdə hasilat həcmini əhəmiyyətli dərəcədə yüksəldiblər.

Eyni zamanda, siyasi qeyri-sabitlik və təhlükəsizlik təhdidləri bir sıra qızıl hasilatı bölgələrində fəaliyyəti çətinləşdirməyə davam edir. Buna baxmayaraq, Afrika qlobal dağ-mədən şirkətləri üçün dünyanın ən perspektivli böyümə istiqamətlərindən biri olaraq qalmaqdadır.//Modern.az

Bizə qoşulun