Medianews.az
Dünya ulduzunu ağladan
105 baxış

Dünya ulduzunu ağladan VİDEO

"Real Madrid"in və Braziliya millisinin ulduz hücumçusu Vinisius Junior proqramların birində nənəsinin onun üçün hazırladığı videoçarxı izləyərkən göz yaşlarını saxlaya bilməyib.

Medianews.az xəbər verir ki, nənəsi videoda futbolçunun uşaqlıq illərini xatırladıb və ona 2026-cı il Dünya Çempionatında uğurlar arzulayıb.

Göz yaşları içində hisslərini bölüşən Vinisius nənəsinin onun həyatında ən vacib insan olduğunu bildirib: "16 yaşıma qədər onunla birlikdə yaşamışam. Çox balaca bir mənzilimiz var idi, ona görə də nənəmlə eyni çarpayıda yatmalı olurdum. Məni ayağa qaldırmaq, xəyallarımı gerçəkləşdirmək üçün əlindən gələn hər şeyi etdi. Həyatımı formalaşdıran məhz odur. Bir gün insanların bu dünyadan köçəcəyini bildiyim üçün nənəmlə keçirdiyim hər anın qədrini bilirəm".

Qeyd edək ki, hazırda davam edən Dünya Çempionatında keçirdiyi 3 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Vinisius, növbəti matçda Braziliya millisinin heyətində 1/8 finala yüksəlmək üçün Yaponiya qarşı mübarizə aparacaq.

Medianews.az

Bizə qoşulun