Medianews.az
Dünya çempionatına çıxan 42 komanda
1,032 baxış

Dünya çempionatına çıxan 42 komanda

2026-cı ilin dünya futbol çempionatının 42 iştirakçısı məlumdur. ABŞ, Kanada, Meksika milli komandaları final mərhələsinə ev sahibləri kimi vəsiqə alıb. Seçmələrdən turnirə bu yığmalar adlayıb:

Şimali və Mərkəzi Amerika - Haiti, Kürasao, Panama;

Cənubi Amerika - Argentina, Braziliya, Ekvador, Kolumbiya, Paraqvay, Uruqvay;

Afrika - CAR, Əlcəzair, Fil Dişi Sahili, Kabo Verde, Qana, Mərakeş, Misir, Seneqal, Tunis;

Avropa - Almaniya, Avstriya, Belçika, Fransa, Xorvatiya, İngiltərə, İspaniya, İsveçrə, Niderland, Norveç, Portuqaliya, Şotlandiya;

Asiya - Avstraliya, Cənubi Koreya, İordaniya, İran, Qətər, Özbəkistan, Səudiyyə Ərəbistanı, Yaponiya;

Okeaniya - Yeni Zelandiya.

Medianews.az bildirir ki, Avropanın daha 4, Afrika, Asiya, Okeaniya, Cənubi Amerika, Şimali və Mərkəzi Amerikanın ümumilikdə 2 bileti var. Bu vəsiqələrin sahibləri 2026-cı ilin martında keçiriləcək ələmə oyunlarında müəyyənləşəcək.

2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək 23-cü dünya çempionatında 48 komanda 12 qrupa bölünəcək, ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun