Hindistanda törədilən dəhşətli cinayət hadisəsi xarici KİV-də müzakirələrə səbəb olub.
Bir kişi və onun tanışları yetkinlik yaşına çatmayan qıza təcavüz etdiklərinə görə həbs olunublar.
Nəşrin məlumatına görə, cinayəti daha da dəhşətli edən məqam 15 yaşlı qızı tanışlarının yanına gətirən kişinin yeniyetmənin əmisi olmasıdır. O, qardaşı qızını bir neçə dostu ilə birlikdə yük maşınına mindirib və çirkin əməlini hələlik dəqiq sayı açıqlanmayan kişilərlə bir yerdə reallaşdırıb.
"Yük maşını hərəkətdə olarkən kişilər məktəbli qıza təcavüz ediblər. Lakin elə bir məqam düşb ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən, zərərçəkən qaçmağı bacarıb. Evə gələ qız baş verənləri valideynlərinə danışıb və onlar polisə müraciət ediblər. Bundan sonra cinayət işi açılıb və hələlik iki şübhəli həbs edilib. Dindirmə zamanı onlar cinayəti törədərkən spirtli içki qəbul etdiklərini bildiriblər", -məqalədə yazılıb./publika.az