Medianews.az
Dubayda iftar topu təşviş yaratdı -
146 baxış

Dubayda iftar topu təşviş yaratdı - VİDEO

Birləşmiş Ərəb Əmirliklərində gərginlik fonunda Dubay şəhərində iftar vaxtı atılan ənənəvi top atəşi panikaya səbəb olub.

Medianews.az xəbər verir ki, məlumata görə, restoranda olanlar partlayış səsini İranın mümkün raket və ya pilotsuz aparat hücumu kimi qiymətləndirərək məkanı tərk ediblər.

Daha sonra əməkdaşlar səsin iftar münasibətilə atılan topdan gəldiyini bildirərək müştəriləri sakitləşdiriblər.

Qeyd edək ki, İranın BƏƏ-yə son hücumları nəticəsində 3 nəfər həlak olub, 58 nəfər yaralanıb.

Medianews.az

 

Bizə qoşulun