Rusiyada Ukrayna Silahlı Qüvvələrinin dronu motosikletə zərbə endirib. Sürücü aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, hadisə Belqorod vilayətinin Yasnıye Zori kəndində baş verib.
Vilayət qubernatoru Vyaçeslav Qladkov bu barədə teleqram kanalında məlumat verərək, hücumu “terror aktı” adlandırıb və həlak olan şəxsin ailəsinə başsağlığı verib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az