Medianews.az
Dondurma sevənlərə ŞAD XƏBƏR:
78 baxış

Dondurma sevənlərə ŞAD XƏBƏR: Bu ağrını kəsir

Soyuqdəymə zamanı dondurma yeməyin ağrını yüngülləşdirdiyi məlum olub.

Medianews.az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux bu soyuq şirniyyatın boğazda yerli ağrıkəsici effekt yaratdığını bildirib.

Həkimin sözlərinə görə, soyuq temperatur damarları daraldır, şişkinliyi azaldır və ağrını müvəqqəti kəsir. Məhz bu səbəbdən badamcıq əməliyyatından sonra da xəstələrə soyuq qidalar tövsiyə edilir.

Lakin dondurma dərman deyil və tərkibindəki yüksək şəkər boğazı qıcıqlandıra bilər. Buna görə də, xəstə olarkən dondurmanı kiçik porsiyalarla və yavaş-yavaş yemək məsləhətdir.

Medianews.az

Bizə qoşulun