Medianews.az
Diyetoloqdan iftarla bağlı vacib xəbərdarlıq:
127 baxış

Diyetoloqdan iftarla bağlı vacib xəbərdarlıq: Süfrədən tez qalxmaq səhv ola bilər

Ramazan ayında düzgün və balanslı qidalanma sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır.

Medianews.az xəbər verir ki, diyetoloq Sena Nur Bubani iftar zamanı edilən qidalanma səhvləri ilə bağlı mühüm tövsiyələr verib.

O bildirib ki, günboyu aclıqdan sonra iftarda sürətli və nəzarətsiz yemək sağlamlıq üçün zərərlidir. Sürətlə qidalanan insan nə qədər və nə yediyini tam dərk etmir, nəticədə ehtiyacdan 30-40 faiz daha çox kalori qəbul edir. Yavaş yemək isə həm porsiyaya nəzarət etməyə, həm də daha az kalori qəbuluna imkan yaradır.

Mütəxəssis iftar süfrəsində ən azı 30 dəqiqə vaxt keçirilməsini tövsiyə edib. Onun sözlərinə görə, toxluq siqnalı beyinə təxminən 30 dəqiqəyə çatır. Bu müddətdən tez süfrədən qalxan şəxslər doyduğunu hiss etmir və şirniyyata meyl artır. Bundan əlavə, sürətli qidalanma metabolik problemlərə də səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun