Medianews.az
Dəstəmaz alırdılar, cərəyan vurdu -
93 baxış

Dəstəmaz alırdılar, cərəyan vurdu - Ölən var

Malayziyada 16 yaşlı oğlan dəstəmaz alarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Medianews.az xəbər verir ki, faciə mayın 6-da axşam saatlarında Saravak bölgəsinin Daro şəhərində baş verib.

Məlumata görə, axşam namazına hazırlaşan iki yeniyetməni ayaqlarını yuduqları otaqda cərəyan vurub. 15 yaşlı şagird xəstəxanaya çatdırılıb, lakin 16 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı otaqda olan digər şagird xəsarət almayıb.

Yerli rəsmilər araşdırmaya başlayıb. Bölgə deputatı məktəblərdəki köhnə elektrik sistemlərinin ciddi təhlükə yaratdığını bildirib və bütün təhsil müəssisələrinin təcili yoxlanılmasını tələb edib.

Medianews.az

Bizə qoşulun