Medianews.az
Dərs zamanı dördüncü mərtəbədən yıxılıb
103 baxış

Dərs zamanı dördüncü mərtəbədən yıxılıb ÖLDÜ

Rusiyada gimnaziyada 8-ci sinif şagirdi dərs zamanı dördüncü mərtəbədən yıxılaraq ölüb.

Medianews.az xəbər verir ki, hadisə aprelin 22-də Kalininqrad şəhərində baş verib.

Faciədən biraz əvvəl qız tualetə getmək üçün müəllikmsdən icazə alıb və sinifdən çıxıb.  Hadisə yerində yarım saatdan çox reanimasiya tədbirləri görülüb, daha sonra qız təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Kalininqrad vilayətinin Təhsil Nazirliyi ailəyə başsağlığı verib. Qızın valideynləri ilə hüquq-mühafizə orqanları işləyir, bütün şərait araşdırılır. Məktəb rəhbərliyinə daxili yoxlama aparmaq tapşırılıb, ailəyə yardım göstəriləcək və şagirdlərlə psixoloq işləyəcək.

Hadisə ictimaiyyətdə böyük rezonans doğurub, araşdırmalar davam edir.

Medianews.az

Bizə qoşulun