İspaniya millisinin gənc ulduzu Lamin Yamal DÇ-2026 finalında Argentina və Lionel Messi ilə qarşılaşmaq arzusunda olduğunu bildirib.
Medianews.az xəbər verir ki, jurnalistlər futbolçuya illər əvvəl çəkilmiş məşhur fotonu göstəriblər. Həmin görüntüdə o vaxt körpə olan Yamal xeyriyyə çəkilişi zamanı "Barselona"nın ulduzu Lionel Messinin qucağında görünür.
19 yaşlı futbolçu bildirib ki, bu tarixi fotonun davamını dünya çempionatının ən böyük səhnəsində görmək istərdi.
Yamal qeyd edib ki, Argentina ilə finalda qarşılaşmaq və Messi ilə birbaşa mübarizə aparmaq onun üçün xüsusi an olardı.
Qeyd edək ki, həmin məşhur foto 10 ildən əvvəl çəkilib və futbol tarixində nəsillərarası əlaqəni simvolizə edən ən yadda qalan görüntülərdən biri hesab olunur.
Medianews.az