Medianews.az
Həbib ən yaxşı
88 baxış

Həbib ən yaxşı məşqçi və futbolçuları seçdi

MMA əfsanəsi Həbib Nurməhəmmədov sevimli futbolçularını və dünyanın ən yaxşı baş məşqçiləri ilə bağlı fikirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, Həbib hazırda ən güclü məşqçi kimi Luis Enrikeni göstərib. O, ispaniyalı çalışdırıcının komanda idarəçiliyini və futbolçular arasında yaratdığı birliyi yüksək qiymətləndirib.

Nurməhəmmədovun məşqçilər siyahısında ikinci yerdə Mikel Arteta, üçüncü pillədə Vensan Kompani, dördüncü yerdə isə Pep Qvardiola qərarlaşıb. Onun fikrincə, Qvardiola bütün dövrlərin ən yaxşı məşqçilərindən biri hesab olunur.

Sevimli futbolçuları barədə danışan Həbib bildirib:

"Mənim favoritlərim Zinəddin Zidan, Kriştiano Ronaldo və Zlatan İbrahimoviçdir. Rud van Nistelroy da çox xoşuma gəlirdi. İndi isə ən yaxşılar sırasında Vitinya, Xviça Kvaratsxeliya, Kilian Mbappe, Lamin Yamal və Usman Dembeleyi görürəm. Erlinq Holann isə altıncı yerdədir".

Həbib əlavə edib ki, futbol dünyasında həm keçmişin əfsanələrinə, həm də yeni nəslin ulduzlarına böyük hörmətlə yanaşır.

Medianews.az

Bizə qoşulun