Astrologiyaya görə bəzi bürclər səmimiyyətləri, təmiz qəlbli olmaları və insanlara asanlıqla güvənmələri ilə seçilirlər. Mütəxəssislər bu xüsusiyyətlərinə görə ən saf hesab edilən 5 bürcü açıqlayıblar.
Medianews.az həmin bürcləri təqdim edir:
Balıq
Bu bürc empatiya qabiliyyəti, yaxşı niyyəti və başqalarının xoşbəxtliyini özündən üstün tutması ilə fərqlənir.
Xərçəng
Xərçənglər sevdiklərinə qarşı fədakar və qayğıkeşdirlər. Lakin bəzən bu xüsusiyyətlərinə görə məyusluq yaşayırlar.
Oxatan
Onlar həyata müsbət baxışları, insanlara ikinci şans vermələri və problemlərə həll yolu axtarmaları ilə tanınırlar.
Tərəzi
Tərəzilər ədalət hissi və insanları incitməməyə çalışması ilə seçilir. Onlar çox vaxt başqalarının xoşbəxtliyi naminə öz istəklərini yox sayırlar.
Buğa
Buğalar sədaqətli, dürüst və etibarlıdırlar. Lakin bəzən onların yaxşı niyyətindən sui-istifadə edilə bilir./publika.az