Dermatoloq Andrea Kombalia və Rikardo Ruiz Rodriqez yuyunma zamanı istifadə etdiyimiz suyun temperaturu barədə fikirlərini bölüşüblər.
Medianews.az xəbər verir ki, dermatoloq Andrea Kombalia suyun temperaturunun dəri sağlamlığı baxımından vacib olduğunu bildirib.
Onun sözlərinə görə, soyuq su dəri yağını sərtləşdirir və təmizləyici vasitənin effektiv təsirinə mane olur. Çox isti su isə dərinin qoruyucu lipid qatını zədələyərək quruluq, qıcıqlanma və həssaslıq yarada bilər.
Dermatoloq Rikardo Ruiz Rodrigez isə əlavə edib ki, yuma üçün ideal temperatur 28–30°C-dir. Bu istilik təmizləyicinin dərini qızartı və dartılma yaratmadan effektiv şəkildə təmizləməsinə imkan verir.
Medianews.az