Medianews.az
Den Carvis  müdafiə naziri
71 baxış

Den Carvis müdafiə naziri təyin edildi

Böyük Britaniyanın daxili işlər nazirinin keçmiş müavini Den Carvis müdafiə naziri təyin edilib.

Bu barədə baş nazir Kir Starmerin dəftərxanasının bəyanatında deyilir.

"Kral (III Çarlz) aşağıdakı təyinatı təsdiq etməyə lütf edib: parlament üzvü Den Carvis müdafiə naziri təyin edilib", - deyə sənəddə bildirilir.

Carvis bu vəzifədə Con Hilini əvəz edəcək. C. Hili cümə axşamı Birləşmiş Krallığın müdafiəsinə qoyulan investisiyaların qeyri-kafi olmasına etiraz edərək cümə axşamı vəzifəsindən istefa verib./"Report"

Bizə qoşulun