Türkiyədə bir kişi keçmiş həyat yoldaşını və onun yaxın qohumunu qətlə yetirib, daha sonra intihar edib.
Medianews.az xəbər verir ki, hadisə Aksarayda, bir evdə baş verib.
Məlumata görə, Tolqa K. ilə keçmiş həyat yoldaşı Kübra K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Tolqa K., silahla Kübra K.-nı və onun yaxın qohumunu Zeynep A.-nı vurub. Daha sonra həmin silahla intihar edib.
Tolqa K. və Kübra K. hadisə yerində ölüblər. Ağır yaralanan Zeynep A. isə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Medianews.az