ABŞ-də işçi 22 tonluq metal altında qalaraq ölüb.
Medianews.az xəbər verir ki, faciə paslanmayan polad istehsalı ilə məşğul olan şirkətdə baş verib.
55 yaşlı işçi 22 tonluq metal parçasını yük maşınına yükləmək üçün krandan istifadə edib. Lakin konstruksiyanın bir hissəsi qırılıb və həmin metal parçası kişinin üzərinə düşüb. Nəticədə o, hadisə yerindəcə həlak olub.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı güclü səs eşidilib. İşçinin kimliyi açıqlanmayıb.
Medianews.az