ABŞ-də bir kişi itini meşədə gəzdirdiyi vaxt kiçik uşaq kəlləsi tapıb.
Medianews.az xəbər verir ki, hadisə Memfis şəhərində baş verib.
Sakin, əvvəlcə bunun heyvan sümükləri olduğunu düşünsə də, ekspertiza kəllənin insana aid olduğunu təsdiqləyib.
Sonrakı axtarışlarda hüquq-mühafizə orqanları yaxınlıqdakı su borusunda daha bir kəllə və 14 uşaq sümüyü aşkar ediblər. Məhkəmə-tibbi ekspertiza nəticəsində qalıqların 3–7 yaş arası üç uşağa aid olduğu müəyyənləşdirilib.
Ostanqların meşədə bir neçə il qaldığı bildirilir. Hazırda polis hadisə ilə bağlı istintaq aparır.
Medianews.az