Rusiyada istilik borularının qəfil partlaması ilə qəza baş verib.
Medianews.az xəbər verir ki, hadisə Vladivostok şəhərində qeydə alınıb.
Məlumata görə, isti su boruları eyni anda onlarla yerdə partlayıb. Bir küçədəki avtomobillər və avtobuslar suyun içində qalıb, bəzi yerlərdə suyun səviyyəsi avtomobillərin kapotuna qədər yüksəlib.
Hadisə nəticəsində iki nəfər evsiz şəxs ciddi yanıq xəsarətləri alıb. Onların bədəninin təxminən 80 faizinin yandığı bildirilir və həkimlər hazırda onların həyatı üçün mübarizə aparır.
Medianews.az