Qanada keşiş Riçmond Akvasi Frimponq və onun köməkçisi 5 aylıq körpəni diri-diri basdırmaq istəyiblər.
Medianews.az xəbər verir ki, hadisə Abofrem kəndində baş verib.
Baş verənləri təsadüfən kənd sakinlərdən biri görüb. O, gecə saatlarında zibilxanada keşişi və köməkçisini körpə ilə birlikdə müşahidə edib və onların uşağı torpağa basdırmağa çalışdığını anlayaraq dərhal səs-küy salıb.
Körpə xilas edilərək xəstəxanaya yerləşdirilib. Kənd rəhbərliyinin nümayəndəsi bildirib ki, keşiş əvvəlcə uşağın artıq ölü olduğunu deyərək yalan danışıb. Hazırda Frimponq və onun köməkçisi polis tərəfindən saxlanılıb. İstintaq aparılır.
Medianews.az