Bu gün 2026-cı il dünya çempionatının sonuncu iştirakçıları müəyyənləşəcək.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, Avropa və qitələrarası pley-off mərhələsi çərçivəsində 6 görüş keçiriləcək. Öncə "köhnə qitə"dən mundiala yollanacaq komandaların adları məlum olacaq.
Azərbaycanlı futbolsevərlərin diqqəti Kosovoda olacaq. Türkiyə millisi 24 illik dünya çempionatı həsrətinə son qoymaq üçün səfərdə sözügedən ölkənin yığması ilə üz-üzə gələcək.
Dördqat dünya çempionu İtaliya da 12 illik mundial həsrətinə son qoymağa çalışacaq. Cennaro Qattuzonun rəhbərlik etidyi milli Bosniya və Herseqovinanın qonağı olacaq.
Avropa zonasında Çexiya - Danimarka və İsveç - Polşa görüşləri də keçiriləcək. Bütün qarşılaşmalar 22:45-də başlayacaq.
Bundan başqa, yeni formatla keçirilən qitələrarası pley-off mərhələsində də əsas görüşlər baş tutacaq. Matçlar aprelin 1-ə keçən gəcə reallaşacaq. Bütün qarşılaşmalar Meksikada təşkil ediləcək.
DÇ-2026-nın pley-off oyunları
Avropa zonası
31 aprel
22:45 Kosovo - Türkiyə
22:45 Çexiya - Danimarka
22:45 Bosniya və Herseqovina - İtaliya
22:45 İsveç - Polşa
Qitələrarası pley-off
1 aprel
01:00 Konqo DR - Yamayka
07:00 İraq - Boliviya