Kolumbiya və Özbəkistan yığmaları arasında keçirilən DÇ-2026-nın qrup mərhələsi oyununda tribunada Rusiya bayraqları görünüb.
Medianews.az xəbər verir ki, ABŞ, Meksika və Kanadada təşkil olunan dünya çempionatında Rusiya millisi iştirak etməsə də, rusiyalı azarkeşlər turnirin oyunlarını izləməyə davam edirlər.
Məlumata görə, Mexikodakı məşhur “Asteka” stadionunda baş tutan qarşılaşma zamanı mərkəzi tribunada iki Rusiya bayrağı nümayiş etdirilib.
Medianews.az