İyunun 17-si XXIII dünya futbol çempionatının qrup mərhələsində dörd qarşılaşma olacaq.
Medianews.az xəbər verir ki, oyunlar Bakı vaxtıyla bu saatlarda başlanacaq:
L qrupu, saat 03:00 Qana - Panama
K qrupu, saat 06:00 Özbəkistan - Kolumbiya
A qrupu, saat 20:00 Çexiya - CAR
B qrupu, saat 23:00 İsveçrə - Bosniya.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionat iyunun 11-də başlayıb. Çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb.
Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.
1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.