İyunun 11-də start götürmüş XXIII dünya futbol çempionatı qrup mərhələsi oyunları ilə davam edir.
Medianews.az xəbər verir ki, iyunun 17-si İ, J, K və L qruplarında qarşılaşmalar olacaq.
İ qrupunda Norveç – İraq, J qrupunda Argentina – Əlcəzair və Avstriya – İordaniya, K qrupunda Portuqaliya – Konqo, L qrupunda İngiltərə – Xorvatiya oyunları keçiriləcək.
Oyunlar Bakı vaxtıyla bu saatlarda başlanacaq:
Saat 02:00 Norveç - İraq
Saat 05:00 Argentina - Əlcəzair
Saat 08:00 Avstriya - İordaniya
Saat 21:00 Portuqaliya - Konqo DR
Saat 24:00 İngiltərə - Xorvatiya
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb.
Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.
1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.