Medianews.az
DÇ-2026: 
165 baxış

DÇ-2026:  Sabahkı oyunlar

2026-cı ilin dünya futbol çempionatı qrup mərhələsi oyunları ilə davam edir.

Medianews.az xəbər verir ki, iyunun 16-sı H qrupunda Səudiyyə Ərəbistanı – Uruqvay, G qrupunda İran – Yeni Zelandiya, İ qrupunda Fransa – Seneqal oyunları keçiriləcək.

Oyunlar Bakı vaxtıyla bu saatlarda başlayacaq:

Səudiyyə Ərəbistanı – Uruqvay (saat 02:00)

İran - Yeni Zelandiya (saat 05:00) 

Fransa – Seneqal (saat 23:00).

Hər üç qarşılaşma ABŞ-də təşkil olunacaq.

48 komandanın mübarizə apardığı 23-cü dünya futbol çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edir. Çempionat iyunun 11-dən start götürüb. Komandalar 12 qrupa bölünüb.

Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Medianews.az

 

 

 

Bizə qoşulun