Medianews.az
DÇ-2026:
150 baxış

DÇ-2026: Sabahkı oyunlar

23-cü dünya futbol çempionatı qrup mərhələsi oyunları ilə davam edir.

Medianews.az xəbər verir ki, iyunun 15-i E qrupunda Fil Dişi Sahili Ekvadorla, F qrupunda İsveç Tunislə, G qrupunda Belçika Misirlə, H qrupunda İspaniya Kabo Verde ilə mübarizə aparacaq.

Oyunlar Bakı vaxtıyla bu saatlarda başlayacaq:

Fil Dişi Sahili – Ekvador (saat 03:00) 

İsveç – Tunis (saat 06:00)

Belçika – Misir (saat 23:00)

İspaniya – Kabo Verde (saat 20:00).

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi, 48 komandanın 12 qrupa bölündüyü çempionat iyunun 11-dən start götürüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Medianews.az

Bizə qoşulun