ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. İyunun 13-də futbolsevərləri iki maraqlı qarşılaşma gözləyir.
Medianews.az xəbər verir ki, günün ilk oyununda turnirin ev sahiblərindən olan ABŞ millisi D qrupunda Paraqvayla qarşılaşacaq.
Los-Ancelesdə keçiriləcək görüş ABŞ yığmasının mundialdakı ilk sınağı olacaq. Komanda doğma azarkeşlər önündə qələbə ilə start verməyə çalışacaq.
Günün ikinci qarşılaşmasında isə B qrupunda Qətər və İsveçrə üz-üzə gələcəklər. Matç San-Fransisko Körfəz bölgəsində yerləşən stadionda keçiriləcək.
13 iyun tarixində keçiriləcək oyunlar (Bakı vaxtı ilə):
ABŞ – Paraqvay - 05:00
Qətər – İsveçrə - 23:00
Qeyd edək ki , 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Turnir iyulun 19-dək davam edəcək.
Medianews.az