Medianews.az
DÇ-2026-da qalmaqal:
107 baxış

DÇ-2026-da qalmaqal: İranın gedişini rəqs edib qeyd etdi

ABŞ-nin Daxili Təhlükəsizlik Naziri Markveyn Mallin İran millisinin DÇ-2026-dan kənarlaşdırılmasından böyük sevinc duyduğunu gizlətməyib.

Medianews.az xəbər verir ki, İranın turnirlə vidalaşmasını şərh edən nazir ABŞ-nin onların vizalarını ləğv etdiyini vurğulayıb: "Onların turnirdən kənarlaşdırılmasına və bir daha geri qayıtmayacaqlarına çox şadam. Vizalarını ləğv edib, ABŞ ərazisini tərk edə biləcəklərini deyəndə xoşbəxt idim. Sevincimdən bir neçə mahnı oxudum, bəlkə də rəqs etdim”.

Nazir həmçinin əlavə edib ki, turnir boyu təşkilati baxımdan ən çox problem yaşadıqları komanda məhz İran olub və onların öz ölkələrinə qayıtması ABŞ-i rahatladıb.

Xatırladaq ki, İran millisi G qrupunda 3 oyuna 3 xal toplayaraq qrup üçüncüsü olub və pley-off mərhələsinə yüksələ bilməyib.

Medianews.az

Bizə qoşulun